PDF Oxu

Siyasət

  • 984

“Kölgə iqtisadiyyatının azalması hesabına əldə olunan gəlirlər üç dəfədən çox artıb” - Mikayıl Cabbarov

image

Azərbaycanda muzdlu işçilərin sayının və əməkhaqqı fondunun “ağarması”, yəni kölgə iqtisadiyyatının azalması nəticəsində əldə olunan gəlirlərin real ifadədə üç dəfədən çox artdığı bildirilib.SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında deyib.Nazir qeyd edib ki, əvvəllər bir çox vətəndaş sosial müdafiə sistemindən kənarda qalır, əməkhaqqını nağd şəkildə alır və dövlət həmin fəaliyyətlərdən vergi və sosial ödəniş əldə etmirdi.Mikayıl Cabbarov bildirib ki, aparılan islahatlar nəticəsində insanlar sosial təminat sisteminə inteqrasiya olunur, sosial sığorta ödənişlərindən daxil olan vəsaitlərin bir hissəsi isə sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilir.Onun sözlərinə görə, bu yanaşma həm cəmiyyətin dəstəyini təmin edir, həm də dövlət üçün dayanıqlı maliyyə mexanizmi formalaşdırır.Nazir vurğulayıb ki, hökumətin siyasəti balanslı şəkildə qurulub: “Bir tərəfdən vətəndaşların hüquqları və sosial ehtiyacları nəzərə alınır, digər tərəfdən isə hüquqi intizamın gücləndirilməsi və standartlara uyğun məsuliyyətli idarəetmə təmin olunur”.Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycan 2019–2025-ci illəri əhatə edən xüsusi hədəf proqramı çərçivəsində qeyri-rəsmi məşğulluğun və yaşayış sahələrinin leqallaşdırılması istiqamətində mühüm addımlar atıb.Nazirin sözlərinə görə, bu proqramın əsas məqsədi həm mövcud problemlərin həlli, həm də əlavə maliyyə mənbələrinin formalaşdırılmasıdır.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər