PDF Oxu

Siyasət

  • 390

Masallının Qəriblər kəndində turizm obyektlərində mövsümə hazırlıq vəziyyəti ilə bağlı görüş keçirilib

image

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun tapşırığına əsasən rayonunun Qəriblər kəndində turizm obyektlərində mövsümə hazırlıq vəziyyəti ilə bağlı təşkil olunan görüşü başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq turizm mövsümünün başlanması ilə əlaqədar turizm obyektlərində aparılmış monitorinqlə bağlı deyib:- Mövsümlə əlaqədar gələn qonaqlar üçün şəraitin yaradılması və yüksək xidmətin göstərilməsi, qanuna müvafiq qaydada vergi və məişət tullantılarının daşınması ilə bağlı müqavilələrin bağlanmasının, obyektlərdə abadlıq işlərinin aparılması, reklam lövhələrinin yenilənməsi, xüsusilə hasarların bərpası, rənglənməsi ilə yanaşı başqa tədbirlər də həyata keçirilib.
Digər çıxış edənlər isə Masallının zəngin təbiəti, meşəlik və istirahət zonalarının rayonda turizmin inkişafına gözəl imkanlar yaratdığını, bu mövsümündə qonaqların istirahətini rahat təmin edilməsi, istifadə olunan obyektlərdə xidmət keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və mövcud infrastrukturun daim diqqətdə saxlanılması rayonun turizm potensialına mühüm töhfə verəcəyini bildirib, həmçinin Qəriblər-İsti su yolunun əsaslı təmiri, yola və elektrik xətlərinə maneə yaradan ağacların budanması , elektrik təsərrüfatında olan fasilələrin aradan qaldırılması, ərazidə dezinfeksiya işlərinin aparılması və bulaqlardan axan sular üçün arxların bərpa edilməsi olduqca vacib olduğunu deyiblər.
Mövcud problemlərin aradan qaldırlmasının zəruri olduğunu bildirən şöbə müdiri Adəm Məhərrəmov dərhal müvafiq təşkilatlara qaldırılan məsələlərin həlli istiqamətində tapşırıqlar verib və ən qısa zamanda onları yoluna qoymağı tapşırıb.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər