PDF Oxu

Siyasət

  • 470

Forum COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir

image


2026-cı il mayın 18-də Bakı daha bir möhtəşəm və qlobal miqyaslı tədbirə BMT-nin Məskunlaşma Proqramı ilə birgə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməyə başladı. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısının tədbirdəki proqram xarakterli çıxışı Azərbaycanın həm qlobal humanitar arenadakı çəkisini, həm də post-münaqişə dövründə apardığı irimiqyaslı quruculuq modelini dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev öz çıxışında ilk növbədə forum iştirakçılarını salamlayaraq Bakı sessiyasının mühüm bir rekorda imza atdığını vurğuladı. Bildirildi ki, foruma qatılmaq üçün 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib.
​Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq.Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Dövlət başçısı qeyd etdi ki, Bakı tarixən Şərq ilə Qərbin qovuşduğu, fərqli sivilizasiyaların təmas nöqtəsi olub və bu xüsusiyyət paytaxtın memarlığında da aydın görünür. İçərişəhərin tarixi divarlarından müasir Bakı Bulvarına qədər olan inkişaf yolu şəhərsalmanın harmonik inkişafına ən yaxşı nümunədir. Çıxışın ən mühüm və diqqətçəkən məqamlarından biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı rekonstruksiya işləri ilə bağlı oldu. Prezident İlham Əliyev 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlərimizin qısa müddətdə sıfırdan necə yenidən qurulduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezidentimiz Böyük Qayıdış proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkünün öz doğma yurdlarına, müasir standartlara cavab verən evlərə köçürüldüyünü fəxrlə qeyd etdi. Bu təcrübə, münaqişələrdən zərər çəkmiş regionların bərpası baxımından qlobal şəhərsalma elmi və praktikası üçün unikal bir model rolunu oynayır.

İsmayıl Ağayarov

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər