Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın qədim şəhərsalma ənənələrinin və müasir urbanizasiya siyasətinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, memarların və şəhərsalma üzrə ekspertlərin iştirak etdiyi forum şəhərlərin dayanıqlı inkişafı, tarixi irsin qorunması və müasir texnologiyaların tətbiqi kimi məsələlərin müzakirəsinə geniş imkan yaradır.
182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış nümayəndənin iştirak etdiyi bu sessiya ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin Azərbaycana həvalə edilməsi heç də təsadüfi deyil. Çünki rəsmi Bakı, eləcə də işğaldan azad edilmiş ərazilərimiz artıq nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu dəfələrlə təsdiqləyib. Belə mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bir də ona görə əhəmiyyətlidir ki, ilk dəfə Azərbaycana səfər edən qonaqların əksər hissəsi respublikamızı və şəhərlərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində görülən işləri öz gözləri ilə görmək imkanını qazanırlar.
Dövlətimizin başçısı bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin ölkəmizə həvalə edildiyinə görə təşəkkür bildirib: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir. Bu gün qlobal toplantını təşkil edərək, şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilərik. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir.
Urbanizasiya və şəhərsalma diplomatiyası yalnız tikinti məsələsi deyil. Bu mövzu təhlükəsizlik, ekologiya, humanitar problemlər, miqrasiya və dayanıqlı inkişaf kimi qlobal çağırışlarla birbaşa əlaqəlidir. Məhz buna görə də "UN-Habitat" təşkilatının rəhbəri Anaklaudia Rossbax Bakıda keçirilən tədbirlər zamanı iki mühüm məqamı xüsusi vurğulayıb. Birincisi, Azərbaycanın BMT səviyyəli tədbirləri yüksək təşkilatçılıqla keçirmək bacarığıdır. İkincisi isə Azərbaycanın həyata keçirdiyi yenidənqurma və məskunlaşma təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurmasıdır. WUF13-ün mayın 18-də keçirilən açılış mərasimində Prezident İlham Əliyevin nitqində vurğuladığı kimi, "Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Birmənalı olaraq, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, bir-birimizdən hansısa dəyəri əldə etmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq".
Nurlana Yusifova
YAP Samux rayon təşkilatı əməkdaşı