Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə siyasi hakimiyyətə gəldiyi dövrlə Azərbaycanın müasir dövrünü müqaisə etmək tarix üçün qısa bir zaman kəsiyində digər sahələrlə yanaşı şəhərsalma sahəsində hansı böyük uğurlara imza atıldığını təsdiq etməyə kifayət edər. Həmin dövrdə nəinki müasir şəhərsalmadan söhbət belə gedə bilməzdi, əhalinin zəruri ehtiyaclarını ödəməyə su, elektrik, təbii qaz təchizatında ciddi problemlər mövcud idi. Nəqliyyat infrastrukturunun yenidən qurulması zərurəti mövcud idi. Prezidentliyə namizədliyi dönəmində cənab İlham Əliyev respublikanın bütün bölgələrinə səfərlər edərək yerdəki mövcud vəziyyəti şəxsən özü müşahidə etdi. Cənab İlham Əliyev Prezident seçkilərindən dərhal sonra “Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasına müvafiq Fərman imzaladı və 2004-cü ilin fevral ayının 11-də 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramı təsdiq edilərək icrasına başlanıldı və Dövlət Proqramının icrasına nəzarəti cənab Prezident İlham Əliyev şəxsən özü həyata keçirdi. Beləliklə qısa müddətdə respublikanın bütün bölgələrində böyük abadlıq və quruculuq işləri vüsət aldı. Abadlıq-quruculuq işləri həyata keçirilərkən müasir dövrün şəhərsalma tələblərinə rəayət edilməsi mühüm şərt olaraq irəli sürüldü. Paytaxt Bakı ilə yanaşı respublikanın bütün ərazisində minlərlə müasir standartlara cavab verən yaşayış binaları, sosial obyektlər inşa edildi, infrastruktur layihələri icra olundu. Beləliklə Azərbaycan dünyanın ən cəlbedici, estetik gözəllikləri ilə seçilən dövlətlərdən birinə çevrildi.
44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş bir günlük genişmiqyaslı antiterror əməliyyatından sonra uzun müddət erməni işğalı nəticəsində xarabazarlığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Qeyd olunan ərazilərdə həyata keçirilən işlərin miqyasını söz ilə ifadə etmək olduqca çətindir. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, qeyd olunan ərazilərə mütamadi səfərləri aparılan möhtəşəm işlərin sürətlə və yüksək keyfiyyətlə icra edilməsini şərtləndirən əsas amillərdən biridir. Nəqliyyan infrastruktrunun, loqistika qovşaqların sosial – iqtisadi inkişafın əsas göstəricilərindən biri olduğunu nəzərə alaraq qısa müddətdə işğaldan azad edilmiş ərazilərdə 3 ədəd beynəlxalq hava limanı, yüz km-lərlə avtomobil və dəmir yol xətləri çəkilərək istifadəyə verilmiş, ərazinin elektrik enerjisi ilə təmin edilməsi məqəsdilə elektrik stansiyaları tikilib istifadəyə verilmiş, su və təbii qaz xətləri çəkilmişdir.
Dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nın tədbirlərinin Azərbaycanda keçirilməsi Azərbaycanın Beynəlxalq aləmdə malik olduğu nüfuzunun göstəricisidir. Bildiyimiz kimi 2025-ci ildə COP-29, 2026-cı ildə isə Ümumdünya Şəhərsalma Formunun 13-cü sesiyasının Azərbaycanda keçirilməsi və 182 ölkədən 45 mindən artıq nümayəndə heyətinin iştrakı yuxarıda qeyd olunanların təsdiqidir. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir:” Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar.
Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır. İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.
Beləliklə, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub.
Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz”.
Dünya xəritəsində kiçik bir ərazini təşkil edən Azərbaycan ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində dünyanın inkişaf etmiş dövlətləri və beynəlxalq təşkilatlarının hesablaşdığı və əməkdaşlıq üçün maraq göstərdikləri bir məkana çevrilmişdir. Azərbaycanda keçirilən tədbirlər ölkəmizin dünya miqyasında nüfuzunun artmasına və Azərbaycanın daha da inkişaf etməsinə əlavə dividentlər qazandırır. Paytaxt Bakı şəhəri ilə bölgələrin parelel şəkildə inkişaf etdirilməsi, yeni şəhərlərin, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın iqtisadi qüdrətini gücləndirəcək, iqtisadiyyatın mühüm sahələrindən biri hesab edilən turizm sektorunun genişlənməsinə şərait yaradacaqdır.
Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət dövlətimizin hərbi qüdrətinin yüksəldilməsinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri.