Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində, YAP Qobustan rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə rayon təşkilatının qərargahında Cəmcəmli ərazi partiya təşkilatının yaradılmasında xüsusi fəaalıq göstərmiş, partiya veteranı Savalan Nurməmmədovu qəbul edilmişdir.
Görüşdə Cəmcəmli ƏPT-nın sədri Makif Əhmədov, sədr müavini İntiqam Mürsəlov iştirak etmişlər.
Görüşdə Savalan Nurməmmədova YAP Qobustan rayon təşkilatının 31 illiyi və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunmuşdur.
Sonda çıxış edən Savalan Nurməhəmmədov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.