PDF Oxu

Siyasət

  • 730

Tarix və müasirliyin harmoniyası - ŞƏRH

image

2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Forum BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) ilə Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə 17-22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilib.

Prezident qonaqları salamlarkən vurğulayıb ki, WUF13 Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən biridir. Tədbirə 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük tədbirdir.
İlham Əliyev Bakının və Azərbaycanın digər şəhərlərinin qədim tarixi irs ilə müasir inkişafın harmoniyasını xüsusi qeyd edib. O, qeyd edib ki, ölkə Şərq və Qərbin qovşağında yerləşir və bu, memarlıqda da əks olunur. Köhnə Bakı ilə müasir Bulvarın,
Şəhərsalmanın digər mühüm istiqaməti tarixi irsin qorunmasıdır. Şuşanın bərpası, Ağdam məscidinin və digər mədəni abidələrin yenidən dirçəldilməsi Azərbaycan dövlətinin irsə verdiyi dəyərin göstəricisidir. Bu proses yalnız bərpa deyil, həm də milli kimliyin yenidən möhkəmləndirilməsi deməkdir.
Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Onlardan bəzilərini qeyd edən cənab İlham Əliyev vurğuladı ki, vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Bu tədbir ölkəmizin şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə təqdim olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda forum müxtəlif ölkələr arasında təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq imkanlarının yaranması üçün mühüm platformadır.
Şübhəsiz ki, ölkəmizdə indiyədək uğurla keçirilmiş digər beynəlxalq tədbirlərdə olduğu kimi, WUF13 də yüksək təşkilatçılıq səviyyəsi, genişmiqyaslı iştirak və məzmunlu müzakirələrlə yadda qalaraq, dünya miqyasında nümunəvi tədbirlərdən birinə çevriləcəkdir.Bu forum həm şəhərsalma sahəsində qlobal əməkdaşlığın dərinləşməsinə töhfə verəcək, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu və təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcəkdir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər