PDF Oxu

Siyasət

  • 339

Azərbaycanın müasir şəhərsalma siyasəti beynəlxalq forumda - ŞƏRH

image

2026-cı il mayın 18-də Bakı şəhəri mühüm beynəlxalq tədbirə – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək şəhərsalma, dayanıqlı inkişaf və Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlardan danışdı. Tədbir dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət rəsmilərini, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Bakı artıq qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm beynəlxalq mərkəzlərdən birinə çevrilib. Dövlət başçısı bildirdi ki, forumda rekord sayda iştirakçı qeydə alınıb. Onun sözlərinə görə, “182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var”. Bu göstərici forumun beynəlxalq nüfuzunu və Azərbaycana olan marağı bir daha nümayiş etdirir. Prezident qeyd etdi ki, bu tədbir iştirakçı sayına görə Azərbaycanda keçirilmiş COP29 tədbirindən sonra ikinci ən böyük beynəlxalq platformadır.
Çıxış zamanı dövlət başçısı Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələrə də xüsusi diqqət ayırdı. O bildirdi ki, ölkədə müasir şəhərsalma prinsiplərinə uyğun infrastruktur layihələri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır və şəhərlərin ekoloji tarazlığı qorunur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri forum iştirakçıları üçün mühüm nümunə kimi təqdim edildi. Prezident qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir və region sıfırdan yenidən qurulur.
Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyev vurğuladı ki, forum iştirakçılarının böyük hissəsi Azərbaycana ilk dəfə səfər edir və onlar ölkəmizin inkişafını, şəhərsalma sahəsində görülən işləri yaxından görmək imkanı əldə edirlər. Bu isə Azərbaycanın dünyaya açıq, müasir və inkişaf edən dövlət olduğunu bir daha nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi, şəhərsalma sahəsində təcrübəsinin təqdim olunması və qlobal əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı isə ölkənin gələcək inkişaf strategiyasını və dayanıqlı şəhərsalma siyasətini əks etdirən mühüm mesajlarla yadda qaldı.

Məhərrəm Hacıyev
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər