“Bu müzakirə dünyanın müxtəlif şəhərlərinin iqlim dəyişikliyi, sürətli urbanizasiya, sosial inklüzivlik, mobillik, mənzil əlçatanlığı və dayanıqlı inkişaf kimi əsas çağırışlara necə cavab verə biləcəyinə həsr olunub”.SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov WUF13 çərçivəsində keçirilən “Bakı 2040 Baş Planı: şəhərsalmanın yeni mərhələsi” adlı panel sessiyasında deyib.Read Qasımov bildirib ki, Ümumdünya Şəhərsalma Forumuna Bakının ev sahibliyi etməsi Azərbaycanın dayanıqlı şəhər transformasiyasına və beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir.O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və memarlıq ölkənin əsas inkişaf prioritetlərindən birinə çevrilib: “2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu istiqamətə verilən önəmi daha da artırır”.Baş idarə rəisi vurğulayıb ki, BMT proqnozlarına əsasən 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq və bu səbəbdən müasir şəhərsalma insan mərkəzli və iqlimə həssas yanaşmaya əsaslanmalıdır.Read Qasımovun sözlərinə görə, “Bakı Master Planı 2040” Bakının uzunmüddətli və sistemli inkişafını nəzərdə tutur: “Plan Bakını daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal şəhər kimi formalaşdırmağı hədəfləyir”.O əlavə edib ki, master planın əsas prioritetlərindən biri şəhər sakinlərinin həyat keyfiyyətinin yüksəldilməsidir: “Parkların genişləndirilməsi, yeni sahilyanı bulvarların yaradılması, ictimai məkanların inkişafı və məhəllə infrastrukturunun yaxşılaşdırılması bu vizyonun tərkib hissəsidir”.Read Qasımov qeyd edib ki, ekoloji dayanıqlılıq və iqlim davamlılığı da planın əsas istiqamətlərindəndir: “Yaşıl ərazilərin artırılması, enerji səmərəliliyi, bərpaolunan enerji həlləri və şəhər ekologiyasının yaxşılaşdırılması üzrə mühüm layihələr həyata keçirilir”.
Müəllif: Günel Fərzəliyeva