21 may 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Poylu kənd”, “Kolxəlfəli kənd”, “Qarahəsənli kənd” və “Zəlimxan kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “28 May – Müstəqillik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, 28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib, bununla da Azərbaycan xalqı ilk dəfə müstəqil və demokratik respublika qurmaq hüququna sahib olub. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman aləmində ilk parlamentli, hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşmüş və dövlət atributları – bayraq, gerb və himnimiz təsdiq edilib.
Daha sonra çıxış edən natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədri Nadir Səttarov, “Poylu kənd” Ərazi Partiya Təşkilatının sədri Xəki Quliyev və Poylu kənd tam orta ümumtəhsil məktəbin müəllimi Elsevər Rzayev geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalq cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qorunması və möhkəmləndirilməsini uğurla həyata keçirir. Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir.