PDF Oxu

Siyasət

  • 783

"Azərbaycan beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir" - ŞƏRH EDİLDİ

image

"Bu gün Azərbaycan bu mötəbər tədbirə yüksək peşəkarlıqla ev sahibliyi etməklə beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə uğurla təşkil olunması ənənəsini bir daha nümayiş etdirir. Azərbaycan bu tədbir vasitəsilə yenə də beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etməyi bacarır".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.O bildirib ki, bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" kanalına verdiyi müsahibə ölkəmizin həyata keçirdiyi daxili və xarici siyasətin mahiyyətini, Azərbaycanın beynəlxalq aləmə verdiyi töhfələri və dövlətimizin strateji məqsədlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "Prezident İlham Əliyev çıxışında tədbirdə rekord sayda iştirakçının və qonağın yer aldığını xüsusi vurğuladı. Bu isə bir daha göstərir ki, Azərbaycana beynəlxalq maraq durmadan artır və ölkəmizin həyata keçirdiyi siyasət artıq real nəticələr verir.Azərbaycanın xüsusilə şəhərsalma, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri bu gün ölkəmizin həm siyasi iradəsini, həm də iqtisadi imkanlarını ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan yeni şəhərlərin, kəndlərin və qəsəbələrin salınması, müasir yaşayış məntəqələrinin yaradılması, eləcə də infrastruktur layihələrinin icrası bunun bariz nümunəsidir.Eyni zamanda, müsahibədə Azərbaycanın enerji siyasəti və xüsusilə yaşıl enerji layihələri də diqqət mərkəzində idi. Qarabağ və Şərqi Zəngəzurda alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər bu gün həm region, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır.Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən strateji tərəfdaşlardan biridir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də enerji təhlükəsizliyi sahəsində uğurla inkişaf edir.Ümumilikdə, bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, müasir enerji və infrastruktur layihələri həyata keçirməsi, regionda və beynəlxalq müstəvidə artan rolu Azərbaycanın nüfuzunu daha da gücləndirir.Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı ölkəmizin dünya miqyasında artan mövqeyini qürur hissi ilə qarşılayır və Azərbaycanın gələcəkdə daha böyük layihələrə imza atacağına inanır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər