PDF Oxu

Siyasət

  • 268

182 ölkədən 45 mindən artıq iştirakçı Bakıda keçirilən beynəlxalq forumda bir araya gəldi - ŞƏRH

image

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası beynəlxalq miqyasına görə xüsusi diqqət çəkdi. Forumda dünyanın 182 ölkəsindən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər, memarlar və şəhərsalma sahəsində fəaliyyət göstərən mütəxəssislər Bakıda bir araya gələrək müasir urbanizasiya məsələlərini müzakirə etdilər.

Tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək imkanlarını bir daha ortaya qoydu. Forum çərçivəsində dayanıqlı inkişaf, müasir şəhərsalma modelləri, ekoloji təhlükəsizlik və innovativ texnologiyaların tətbiqi kimi vacib mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində çıxış edərək ölkəmizin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Dövlət başçısı xüsusilə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyanın diqqət mərkəzində olduğunu vurğuladı. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın müasir inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim edildi.
Forum iştirakçılarının sayının rekord həddə çatması Bakının artıq beynəlxalq dialoq və əməkdaşlıq platformalarından birinə çevrildiyini göstərir. Müxtəlif ölkələrdən gələn nümayəndələrin iştirakı şəhərsalma sahəsində qabaqcıl təcrübələrin paylaşılması və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və qlobal təşəbbüslərdə fəal rol oynadığını bir daha təsdiqlədi. Bu mötəbər tədbir həm də ölkəmizin dayanıqlı inkişaf və müasir urbanizasiya sahəsində formalaşdırdığı uğurlu modelin dünya ictimaiyyətinə təqdim olunması baxımından böyük önəm daşıyır.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər