Mayın 21-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Antiterror Mərkəzi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) tərəfindən birgə təşkil olunmuş “Terrorizmlə mübarizə, radikalizm və ekstremizmin qarşısının alınması üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qanunvericiliklə tənzimlənməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.TÜRKPA-dan SİA-ya bildirilib ki, Ramil Həsən çıxışında süni intellektin və müasir texnologiyaların sürətli inkişafının təhlükəsizlik təhdidlərinin xarakterini dəyişdiyini, rəqəmsal məkanda terrorizm, radikalizm və ekstremizmlə mübarizədə yeni çağırışlar yaratdığını vurğulayıb.R.Həsən, həmçinin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqliyin vacibliyini bir daha qeyd edib. O, beynəlxalq təşkilatları həmrəyliyi gücləndirməyə, sülh, təhlükəsizlik və humanitar dəyərləri təşviq etməyə, eləcə də terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa çağırıb.