PDF Oxu

Siyasət

  • 497

YAP Gəncə şəhər təşkilatında “Heydər Əliyev məktəbi” adlı layihə uğurla başa çatıb

image

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb.
Qeyd edək ki, beş gün ərzində davam edən “Heydər Əliyev məktəbi” adlı layihəsində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev “Heydər Əliyev və dövlət idarəçılıyı sistemi”, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov “Heydər Əliyev və Azərbaycanın Aqrar siyasətində islahatlar”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi”, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov “Dövlət gənclər siyasəti, gənclərin təhsilində və inkişafında dövlət dəstəyi”, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov “Heydər Əliyev və Müasir Azərbaycan Təhsilində yeniliklər”, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin dircəliş dönəmi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov “Ümummilli lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq” mövzusu ilə dinləyicilər qarşında çıxış ediblər.
İnteraktiv formada sual-cavab şəklində keçən seminarlar dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edib.
Sonda iştirakçılara Sertifikatlar təqdim olunub.

Digər xəbərlər