2026-cı il mayın 18-də Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü Sessiyası beynəlxalq şəhərsalma və urbanizasiya sahəsində ən mühüm qlobal
platformalardan biri olmuşdur. Forum dünyanın müxtəlif ölkələrindən dövlət
nümayəndələrini, beynəlxalq təşkilatları, şəhərsalma mütəxəssislərini, memarları və
urbanistləri bir araya gətirmişdir. Tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, qlobal təşəbbüslərdə fəal iştirak etdiyini və mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmişdir. Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin dünya miqyasında böyük maraq doğurduğunu göstərmişdir. Bu göstərici Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord iştirakçı sayı kimi qiymətləndirilmişdir. Belə geniş beynəlxalq iştirak
forumun qlobal şəhərsalma problemlərinin müzakirəsi üçün mühüm platformaya
çevrildiyini sübut etmişdir.
Tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını və
təşkilati potensialını ortaya qoymuşdur. Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri davamlı şəhər inkişafı, ekoloji təhlükəsizlik, urbanizasiya problemləri
və innovativ şəhər idarəetmə modelləri barədə fikir mübadiləsi aparmışlar. Forumun
keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və etibarlı tərəfdaş kimi
mövqeyinin göstəricisi olmuşdur. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki,
bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt ölkənin qlobal miqyaslı tədbirlərin təşkili sahəsində mühüm təcrübəyə malik olduğunu nümayiş etdirmişdir.
COP29-un uğurlu nəticələri Azərbaycanın beynəlxalq etimad qazandığını göstərdiyi
kimi, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də ölkənin nüfuzunun
daha da möhkəmləndiyini təsdiqləmişdir. Forum iştirakçıları Bakı şəhərinin müasir
inkişaf prosesi ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yeni infrastruktur layihələri,
nəqliyyat sisteminin yenilənməsi və şəhər mühitinin müasirləşdirilməsi beynəlxalq
qonaqlarda böyük maraq doğurmuşdur. Şəhərdə salınmış yeni parklar, müasir yaşayış
kompleksləri, yol-nəqliyyat infrastrukturu və ekoloji layihələr Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisi kimi qiymətləndirilmişdir. Bakı artıq regionun ən müasir və sürətlə inkişaf edən şəhərlərindən biri kimi tanınır. Tədbirdə “ağıllı şəhər” konsepsiyası, rəqəmsal idarəetmə sistemləri, yaşıl enerji texnologiyaları və ekoloji şəhərsalma modelləri xüsusi diqqət mərkəzində olmuşdur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də beynəlxalq iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Forum Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşımışdır. Son illərdə ölkədə genişmiqyaslı yol tikintisi, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin inşası və ekoloji layihələrin həyata keçirilməsi şəhərsalma siyasətinin əsas istiqamətlərini təşkil etmişdir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini və şəhərsalma
sahəsində mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirmişdir. Forum həm beynəlxalq əməkdaşlığın inkişafına, həm də müasir şəhərsalma problemlərinin həllinə dair fikir mübadiləsinin aparılmasına mühüm töhfə vermişdir. Tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın qlobal nüfuzunu daha da artırmış, Bakı şəhərinin müasir və inkişaf edən beynəlxalq mərkəz kimi mövqeyini möhkəmləndirmişdir.
Forumun nəticələrinin gələcəkdə şəhərsalma və urbanizasiya sahəsində yeni əməkdaşlıq imkanları yaradacağı gözlənilir. Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün ölkənin memarlığında həm Şərq, həm də Qərb üslubu öz əksini tapmışdır. Bakı şəhərində qədimliklə müasirliyin harmoniyası aydın şəkildə müşahidə olunur. Azərbaycanın zəngin tarixi və memarlıq irsinin əsas nümunələrindən biridir. Müasir Bakı qədim şəhər mühiti ilə yanaşı, yeni infrastruktur və müasir memarlıq layihələri ilə sürətlə inkişaf edir. XIX əsrdə Avropa memarları tərəfindən tikilmiş binalar Bakının memarlıq simasına xüsusi gözəllik qatmışdır. Azərbaycanda tarixi irsin qorunması ilə müasir şəhərsalma siyasəti arasında balans qorunur. Şəhərsalma siyasəti yalnız Bakıda deyil, ölkənin digər şəhərlərində də davamlı şəkildə həyata keçirilir. Müasir şəhərsalma layihələri insanların rahat yaşayışının təmin edilməsinə və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı