“Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi müsahibədə əsas diqqət Bakıda keçirilən Dünya Şəhərsalma Forumu – World Urban Forum 13 tədbirinə yönəlib. Dövlət başçısı forumda 182 ölkənin təmsil olunmasını Azərbaycanın beynəlxalq nüfuzunun və artan siyasi çəkisinin göstəricisi kimi dəyərləndirib. Prezident bildirib ki, COP29-dan sonra belə nüfuzlu qlobal platformanın Bakıda təşkil edilməsi ölkənin şəhərsalma və dayanıqlı inkişaf sahəsində mühüm mövqeyə malik olduğunu təsdiqləyir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.Onun sözlərinə görə, müsahibədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq proseslərinə də geniş yer verilib:”Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu istiqamətdə unikal təcrübə formalaşdırır və dağıdılmış şəhər və kəndlər tamamilə yenidən qurulur. Son illərdə “Böyük Qayıdış” proqramı çərçivəsində on minlərlə insanın doğma yurdlarına qayıdışı təmin olunub ki, bu da dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirilir.Dövlət başçısı “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə də toxunaraq qeyd edib ki, müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələri inşa olunur. Qarabağ bölgəsində yaşıl enerji layihələrinin icrası, hidroenerji və Günəş enerjisi potensialının genişləndirilməsi Azərbaycanın ekoloji dayanıqlı inkişaf modelinə üstünlük verdiyini göstərir.Enerji təhlükəsizliyi məsələsinə münasibət bildirən Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təminatında mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan hazırda bir sıra ölkələrə təbii qaz ixrac edir və enerji əməkdaşlığını davamlı şəkildə genişləndirir. Dövlət başçısının sözlərinə görə, yeni yataqlardan qaz hasilatına başlanılması ixrac imkanlarını daha da artıracaq.Müsahibədə regional təhlükəsizlik və diplomatik münasibətlər məsələlərinə də yer ayrılıb. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə dialoq və diplomatiyanın tərəfdarıdır. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf strategiyasını, beynəlxalq əməkdaşlıq siyasətini və regional sabitliyə verdiyi önəmi bir daha nümayiş etdirib”.
Müəllif: Günay Hacıyeva
Azərbaycan artıq Çinin regiondakı əsas tərəfdaşlarından birinə çevrilib və ikitərəfli ticarətin 2025-ci ilə qədər təxminən 5 milyard dollara çatacağı gözlənilir...