PDF Oxu

Siyasət

  • 606

Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

image

25 may 2026- cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, QazaxRayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin birgə təşkilatçılığı ilə 2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, büstün önünə tər çiçəklər düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermişşəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri AnarNəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvüSəməd Seyidov, şəhid atası Müqabil Məmmədov, partiya veteranı Gülnaz Alişanova, partiya fəalı Esmira Şıxməmmədova çıxış edərək 1918-ci ilmayın 28-də Müsəlman Şərqində ilk parlamentlirespublika olan Azərbaycan Xalq Cümhuriyyətininqurulmasından, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin xalqımızın milli dövlətçilik tarixində silinməz izlər qoymasından vəAzərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmasından ətraflı bəhs ediblər.

Natiqlər qeyd ediblər ki, müstəqilliyimiz 1993- cü ilə qədər şərti və yarımçıq xarakter daşımış, itirilmək təhlükəsi ilə üz-üzə qalmış, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan əsl müstəqillik yoluna qədəm qoymuşdur.

Çıxış edənlər bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqil Azərbaycanın özünün yeni inkişaf dövrünü yaşadığını, dünya dövlətləri sırasında layiqli yer tutduğunu, dünyada qlobal problemlərin həllində, yeni dünyanizamının qurulmasında söz sahibi, nüfuz sahibi olmasını xüsusi vurğulayıblar.

Sonra partiya veteranları şair Cavanşir Rüstəm,Kazım Kazımlı və Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbinin şagirdləri 28 May - Müstəqillik Gününə və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda partiya veteranları və fəal partiya üzvləri YAP Qazax rayon təşkilatının Fəxri Fərman ilə təltif olunub, onlara hədiyyələr verilib. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər