25.05.2026- cı il tarixində Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının və Qubadlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Qubadlı rayon təşkilatının Sumqayıt şəhər,Şəfəq qəsəbəsi ünvanında yerləşən(Qubadlı şəhər 4 saylı tam orta məktəb, Dəmirçilər kənd tam orta məktəb,Hal kənd tam orta məktəb,Qubadlı rayon Mədəniyyət idarəsi) ərazi partiya təşkilatlarının iştirakı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş “28 May - Müstəqillik Günü: Müstəqillikdən Qüdrətli Azərbaycana” mövzusunda Dəyirmi masakeçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi keçdiyi şərəfli yoldan bəhs edib. O, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu vurğulayaraq, 1991-ci ildə yenidən suverenliyini bərpa etmiş müasir Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə tarixin ağır sınaqlarından uğurla keçdiyini, inkişaf yoluna qədəm qoyaraq inamla irəlilədiyini diqqətə çatdırıb. Təhmasib Rüstəmov həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, zəngin enerji resursları ilə qlobal siyasətdə mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısnın müavini Xoşqədəm Alıyeva çıxışında qeyd edib ki , Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin xilaskarlıq missiyası sayəsində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyduğunu bildirib. O, müasir müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilməsini, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı qanunla 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunmasını xüsusi vurğulayıb. Heydər Əliyevin qurub yaratdığı Azərbaycanda təməlini qoyduğu işlər hədər getmədi. Onun layiqli siyasi varisi olan İlham Əliyev bu gün həmin təməl prinsipləri əsasında Azərbaycanı inkişaf etdirərək irəliyə aparır.Böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyev adını tarixə müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdılar.
Tədbirdə Qubadlı rayon Təhsil sektorunun müdiri Müşviq Hüseynov ,Qubadlı şəhər 4 saylı tam orta məktəbinin direktoru, ərazi partiya təşkilat sədri Qənirə Həsənova, Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinin direktoru, ərazi partiya təşkilat sədri Şahbaz Muradov, Qubadlı rayon Hal kənd tam orta məktəbinin tarix müəllimi Tahirə Şahmarova, çıxış ediblər. Natiqlər 28 May Müstəqillik Gününün tariximizə qızıl hərflərlə yazıldığını, hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Prezident İlham Əliyevin “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik. Əminəm ki, müstəqillik yolunda inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!” fikirlərinin bu gün tam reallığa çevrildiyi qeyd olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Azərbaycan artıq Çinin regiondakı əsas tərəfdaşlarından birinə çevrilib və ikitərəfli ticarətin 2025-ci ilə qədər təxminən 5 milyard dollara çatacağı gözlənilir...