Birinci Qarabağ müharibəsində sinəsini Vətəninə sipər edib şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri Sarvan Qurbanovdur. Milyonların ürəyində özünə əbədi məkan quran bu Vətən sevdalısı Astara elində boya-başa çatıb. Hazırda rayondaki Motalayataq kənd tam orta məktəbi ölümsüzlüyə qovuşan şəhid Sarvan Qurbanovun adını daşıyır.
Bu günlər təhsil ocağında onun anım gününə həsr olunmuş tədbir keçirilib.
YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasovun, aparatın əməkdaşı İdrak Seyfullazadənin , Lənkəran- Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə təhsil Sektorunun müdiri – YAP ərazi partiya təşkilatının sədri Xədicə Əliyevanın, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru - YAP ərazi partiya təşkilatının sədri Bahadur Əhmədovun, YAP fəallarının, ictimaiyyət nümayəndələrinin, şəhidin adını daşıdığı Motalayataq kənd tam orta məktəbinin müəllim və şagirdlərinin qatıldığı tədbirdə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlıq gənc nəslə nümunə kimi təqdim olunubdur . O da bildirilib ki, Vətən torpağının azadlığı uğrunda canından keçən Sarvan kimi igidlərin adı əbədi olaraq yaddaşlarda yaşayacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü