Mayın 26-da Sədərək Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş Azərbaycanın müstəqilliyi Ümummlli Lider Heydər Əliyev yolunun bəhrəsi mövzusunda tədbir keçirilir
Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının sədri Arif Qasımov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının sədri Arif Qasımov 28 may Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə tarixində ən unudulmaz günlərdən biridir 1918-ci ilin məhz həmin günü Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Respublika Günü Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan Xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur.
Məhz buna görədə Azərbaycanın bütün vətəndaşları - biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını onun fəaliyyətini və Xalq Cümhuriyyəti yaradanları, o dövürdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə ölkəmizin azadlığı, suverenliyi ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin əziz xatirəsini etiramla yad edirik.
1992-ci ilin sonunda Azərbaycan Xalqı 1918-ci ildə əldə olunmuş və sonra itirilmiş müstəqilliyini bərpa etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir.
28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. Bu tarix təkcə dövlət müstəqilliyimizin elan olunduğu gün deyil, həm də xalqımızın azadlıq, milli birlik və dövlətçilik arzularının gerçəkləşdiyi mühüm bir mərhələdir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdü. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət qısa müddətdə mühüm dövlətçilik ənənələri formalaşdırdı. Parlamentin yaradılması, dövlət atributlarının qəbul olunması, milli ordunun qurulması, təhsil və mədəniyyət sahəsində həyata keçirilən islahatlar müstəqil dövlət quruculuğunun əsasını təşkil etdi.
Qeyd etmişdir ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bütün dünyaya bəyan etdi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan mürəkkəb problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü.. Belə bir şəraitdə 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev iyunun 15-də Milli Məclisin Sədri seçildi və oktyabrın 3-də keçirilən ümumxalq səsverməsində Azərbaycan Respublikasının Prezidenti oldu. Həmin gün yalnız siyasi liderin hakimiyyətə dönüşü deyil, həm də müstəqil dövlətçiliyimizin xilası və davamlı inkişaf yoluna çıxışı kimi tarixləşdi.
Bu gün tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının sevincini və yeni reallıqların fonunda Azərbaycanın qarşısında açılan imkanların qürurunu yaşayırıq. Müasir müstəqil Azərbaycan Cümhuriyyət qurucularının ideyalarını yaşadır, onların arzuladığı güclü və qüdrətli dövlət kimi inkişaf edir. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün arzularını reallığa çevirdi. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın milli həmrəyliyinin və güclü dövlət siyasətinin nəticəsidir.
28 May - Müstəqillik Günü xalqımızın azadlıq ruhunu, milli qürurunu və dövlətçilik ənənələrini yaşadan müqəddəs tarixdir. Bu gün hər bir azərbaycanlı üçün keçmişə ehtiramın, bu günə qürurun və gələcəyə inamın simvoludur. Azərbaycan xalqı öz müstəqilliyini daim qorumağa və daha da möhkəmləndirməyə qadirdir.
Bu gün ölkəmizdə Heydər Əliyev ideyaları bütün sahələr üzrə qələbələr qazanır, ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətləri danılmazdır. Bütün bunlar 1969-cu ilin 14 iyulunda başlanan Heydər Əliyev yolunun bəhrəsidir.Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə - böyük dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir!”.
Daha sonra çıxış edən natiqlər – Sədərək Rayon İcra başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, YAP-sının üzvləri Nəzrin Vəliyeva və Bulud Bağırlı geniş məruzə ilə çıxış edərək qeyd ediblər ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Bu gün xalqımız 28 May - Müstəqillik Gününü böyük sevinc, xüsusi əhvali-ruhiyyə və sonsuz fəxarətlə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.