Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı aqrar sahənin inkişafı, su ehtiyatlarından istifadə və meliorasiya layihələrindən geniş bəhs etmişdir. Prezident Şirvan kanalının yenidən qurulmasının strategiyasını xüsusi vurğulayaraq, bu layihənin kənd təsərrüfatının və ərzaq təhlükəsizliyinin qorunmasına böyük töhfə verəcəyini bildirmişdir.
Dövlət Başçısı qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Fermerlərə subsidiyalarının verilməsi, müasir texnikaların alınması, yeni suvarma sistemlərinin qurulması üzrə işlər həyata keçirilmiş və bu sahədə böyük irəliləyişlər əldə edilmişdir. Prezident çıxışında qeyd edilib ki, kənd təsərrüfatının inkişafı üçün əsas şərtlərdən biri su təminatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə iri infrastruktur layihələri icra edilir.
Müşavirədə Şirvan kanalının yenidən qurulmasına xüsusi diqqət ayrıldı. Dövlət Başçısı bildirilmişdir ki, uzun illər əvvəl tikilmiş kanalın texniki vəziyyəti artıq müasir tələblərə cavab vermirdi və bu səbəbdən su itkisi çox olurdu. Kanalın yenidən qurulması suyun daha çox ərazilərə çatdırılması, 200-300 min hektar torpaq sahəsinin suvarılmasını yaxşılaşdıracaq. Bu məhsuldarlığın artmasına, yeni əkin sahələrinin istifadəsinə və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradacaq.
İlham Əliyevin çıxışında- Azərbaycanda müasir suvarma texnologiyalarının tətbiqi, kanalların betonlaşdırılması və yeni su anbarlarının qurulması kimi əhəmiyyətli addımlar atılır. Şirvan kanalının yenidən qurulması layihəsi də bu siyasətin əsas bir hissəsi kimi böyük əhəmiyyət kəsb edir.
Sonda Prezident qeyd edib ki, kənd təsərrüfatının inkişafı həm regionların sosial-iqtisadi inkişafına, həm də ölkənin qeyri-neft sektorunun güclənməsinə xidmət edir. Şirvan kanalının yenidən qurulması nəticəsində bölgələrdə əhalinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına və Azərbaycanın aqrar potensialının daha da artmasına geniş imkanlar yaradacaq.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı