PDF Oxu

Siyasət

  • 1 205

Samuxda 28 May –Respublika Günü münasibətilə tədbir keçirilib

image

Mayın 26-da Sərkar ərazi partiya təşkilatında YAP Samux rayon təşkilatının, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar UMM-nin birgə təşkilatçılığı və partiya fəallarının iştirakı ilə 28 May-Respublika Günü münasibətilə “Şərqin ilk demokratik respublikası” mövzusunda tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 28 May-Respublika Gününə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, dövlətçilik ənənələrinin formalaşması və müasir Azərbaycanın inkişaf yolu əks olunub.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində silinməz iz qoyub, milli dövlətçilik ənənələrinin əsasını formalaşdırıb. G.Bayramov vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik arzusu heç zaman sarsılmayıb və 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə bu arzu yenidən gerçəyə çevrilib. Lakin həmin dövrdə ölkədə hökm sürən xaos, siyasi böhran və parçalanma təhlükəsi dövlət müstəqilliyini ciddi təhdid altında qoymuşdu. Məhz belə bir mürəkkəb zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyaraq ölkəmizi sabitlik və inkişaf yoluna çıxarıb. Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi sahələrdə böyük uğurlara imza atıb. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə Azərbaycanın tarixində yeni şanlı səhifə açıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək xalqımıza tarixi Zəfər sevincini yaşadıb. Bu Qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasını reallığa çevirib. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün müasir yaşayış məntəqələri salınır. Azərbaycanın əldə etdiyi bütün uğurlar dövlət-xalq birliyinin, milli həmrəyliyin və Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş musiqi nömrələri təqdim edilib, vətənpərvərlik ruhunda ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər