PDF Oxu

Siyasət

  • 649

Ağstafada partiya fəalının 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub

image

26 may 2026 - cı il tarixində YAP Ağstafa rayon təşkilatının əməkdaşları “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının üzvü, fəal partiyaçı Əzizova Nənəxanım Əmirəli qızının 65 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər - “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov, partiya fəalları Göyçək Sadıxova, Vaqif Əhmədov yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıblar.

Tədbirdə Nənəxanım Əzizovaya Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı, Mədəniyyət İşçiləri Həmkarlar ittifaqı Ağstafa rayon komitəsi və Ağstafa rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən Fəxri Fərman, qiymətli hədiyyələr təqdim edilib.

Partiya fəalı ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Sonda yubiliyarla xatirə şəkilləri çəkilib.

Digər xəbərlər