PDF Oxu

Siyasət

  • 506

Xalqın tarixində ən parlaq səhifə

image

Lerik Rayon Heydər Əliyev Mərkəzində “28 May – Müstəqillik Günü” münasibətilə dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanan tədbirin giriş sözündə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova deyib:-
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Bu dövlətin qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər xalqımızın dövlətçilik tarixində böyük iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, ancaq o, öz başlıca tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, Azərbaycan xalqının tarixinə parlaq səhifə yazdı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrdən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi milli dövlətçilik ənənələrini uğurla davam etdirir.
Öz çıxışında 28 May-Müstəqillik Günü xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifəsi olduğunu bildirən YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov onu da vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyduğu milli dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, Azərbaycan gündən-günə daha da möhtəşəm olur.
Həmçinin digər çıxışlarda 1918-ci ildə Azərbaycanın istiqlaliyyətinin elan olunmasının dövlətçilik tariximizdə müstəsna yer tutduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində xalqımızın azadlıq ideallarının, müstəqil dövlətçilik ənənələrinin gücləndiyi deyilibdir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər