Lənkəranda "İnsan Hüquqları Aylığı" çərçivəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə kütləvi idman tədbiri keçirilib. Belə ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə "Dosa Mall" MMC-nin birgə təşkilatçılığı ilə “ Dosa Mall”da baş tutan tədbirdə gimnastika, boks, həndbol, qol güləşi və digər mütəhərrik oyun növləri üzrə nümunəvi çıxışlar göstərilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin kollektivi və rayon sakinlərinin qatıldığı tədbir onların böyük marağına səbəb olub.
Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd isə əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü