PDF Oxu

Siyasət

  • 584

Azərbaycanda kənd təsərrüfatına dövlət qayğısı - ŞƏRH

image

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafını ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirir. Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxışda bu sahəyə göstərilən diqqət və qayğı bir daha aydın şəkildə ifadə olunmuşdur. Çıxış zamanı qeyd edilmişdir ki, qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı mühüm rol oynayır və dövlət bu sahənin davamlı inkişafı üçün geniş proqramlar həyata keçirir.
Prezident vurğulamışdır ki, kənd təsərrüfatı həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də regionlarda məşğulluğun artırılmasına xidmət edir. Bu məqsədlə fermerlərə subsidiyalar verilir, güzəştli kreditlər ayrılır, müasir texnika və gübrələrlə təminat gücləndirilir. Dövlət tərəfindən kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Aqroparkların yaradılması, suvarma sistemlərinin yenilənməsi və torpaq islahatlarının həyata keçirilməsi bu sahənin inkişafına böyük təkan verir.
Müşavirədə kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması məsələsinə də toxunulmuşdur. Prezident qeyd etmişdir ki, Azərbaycan məhsulları artıq bir çox xarici bazarlarda tanınır və rəqabət qabiliyyətinə malikdir. Xüsusilə pambıqçılıq, üzümçülük, baramaçılıq, taxılçılıq və meyvəçilik sahələrinin inkişafı üçün mühüm addımlar atılmışdır. Bu isə kənd yerlərində sosial rifahın yüksəlməsinə və yeni iş yerlərinin açılmasına səbəb olur.
Çıxışda ekoloji tarazlığın qorunması və su resurslarından səmərəli istifadə məsələləri də diqqət mərkəzində olmuşdur. Prezident bildirmişdir ki, müasir dövrdə iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi təsir göstərir və buna görə də suya qənaət edən texnologiyaların tətbiqi vacibdir.
Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir. Dövlətin həyata keçirdiyi siyasət kənd təsərrüfatının inkişafını sürətləndirir, fermerlərin rifahını yaxşılaşdırır və ölkənin iqtisadi gücünün artmasına mühüm töhfə verir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər