PDF Oxu

Siyasət

  • 691

Bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edilir - ŞƏRH

image

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycanın bütün bölgələri böyük inkişaf mərhələsindədir, şəhər və rayonların siması tamamilə dəyişmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları yalnız iqtisadi göstəricilərin yüksəlməsinə deyil, həm də insanların rifah halının yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına və müasir infrastrukturun qurulmasına mühüm töhfə vermişdir. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi.

Vaxtilə inkişaf baxımından müəyyən çətinliklərlə üzləşən bölgələr bu gün yeni müəssisələrin, zavod və fabriklərin, kənd təsərrüfatı komplekslərinin yaradıldığı iqtisadi mərkəzlərə çevrilmişdir. O cümlədən kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı Regionlarda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmış, dövlət tərəfindən verilən güzəştli kreditlər və dəstək proqramları minlərlə insanın məşğulluğunun təmin olunmasına səbəb olmuşdur.

Bu gün Azərbaycanın ümumi inkişafını təsəvvür etməmək mümkün deyil. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşır və bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edilir.

Əmir Babayev

YAP Şərur rayon təşkilatının sədri

Digər xəbərlər