Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissəsindən biridə aqrar sahədə həyata keçirilən islahatlardır.
Kənd təsərrüfatının müxtəlif istiqamətlərində müsbət nəticələrin əldə olunmasına səbəb fermerlər üçün dövlət dəstəyi mexanizmləri genişləndirilmiş, yeni texnologiyaların tətbiqi bu sahədə sürətli inkişafa gətirmişdir. Bu istiqamətdə mühüm addımlardan biri də “Azərbaycan Respublikasında kənd təsərrüfatı ixrac potensialının artırılması və regionlarda məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramının əsas məqsədi müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli kənd təsərrüfatı sisteminin formalaşdırılması, istehsal və emal sahələrinin genişləndirilməsi, daxili bazarın yerli məhsullarla təmin edilməsinin artırılmasıdır.
Məlumdur ki, dünyada iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və qlobal ərzaq bazarlarında baş verən dəyişikliklər kənd təsərrüfatı sahəsində yeni çağırışlar yaradır. Bu baxımdan proqram çərçivəsində suya qənaət edən müasir suvarma sistemlərinin tətbiqi, yeni aqrotexniki üsulların genişləndirilməsi rəqəmsal kənd təsərrüfatı platformalarının inkişafı nəzərdə tutulur. Xüsusilə aqrar sahədə süni intellekt və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi məhsuldarlığın artırılmasına və resurslardan səmərəli istifadəyə xidmət edəcəkdir.Buda həm bizə həmdə bizdən sonrakı gələcək nəsillərin kənd təsərrüfatı sahəsində əldə edəcəyi məhsulun,daha da keyfiyyətli olmasına və dünya bazarlarında rəqabətə davamlı məhsul çıxarılmasına şərait yaradacaqdır.
Cahandur Məhərrəmov
YAP Şərur rayon təşkilatının məsləhətçisi