Kənd təsərrüfatı ölkə iqtisadiyyatının əsas və strateji sahələrindən biridir. Əhalinin ərzaqla təmin olunması, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın davamlı inkişafı baxımından bu sahə mühüm əhəmiyyət daşıyır. Respublikamızda kənd təsərrüfatının inkişafına daim xüsusi diqqət göstərilir və dövlət tərəfindən fermerlərə müxtəlif dəstəktədbirləri həyata keçirilir. Bu isə həm regionların, həm də ümumi ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.
Ölkəmizin əlverişli təbii-iqlim şəraiti kənd təsərrüfatının inkişafına geniş imkan yaradır. Taxılçılıq, pambıqçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıq iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan sahələrdir. Dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, güzəştli kreditlər ayrılır və müasir kənd təsərrüfatı texnikaları təqdim olunur. Son illər ölkəmizdə müasir suvarma üsullarından, xüsusilə damcı suvarma sistemlərindən istifadə genişləndirilmiş, bu da su itkisinin azaldılmasına və məhsuldarlığın artmasına səbəb olmuşdur. Məhsuldarlığın yüksəlməsi və yerli məhsul istehsalının artması isə ərzaq təhlükəsizliyinin təmin olunmasına və iqtisadiyyatın daha da möhkəmlənməsinə xidmət edir.
25 may 2026-cı il tarixdə Cənab Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə də kənd təsərrüfatının inkişafı əsas məsələlərdən biri kimi vurğulanmışdır. Müşavirədə fermerlərə dəstəyin artırılması, su ehtiyatlarından səmərəli istifadə və müasir texnologiyaların tətbiqi barədə fikirlər səsləndirilmişdir. Vurğulanmışdır ki, kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının dayanıqlı inkişafına birbaşa təsir göstərir. Bütün bunlar kənd təsərrüfatının dövlət siyasətində və iqtisadiyyatın inkişaf strategiyasında mühüm yer tutduğunu göstərir.Beləliklə, kənd təsərrüfatına göstərilən diqqət ölkə iqtisadiyyatının inkişafına, ərzaq təhlükəsizliyinə və əhalinin rifahının yüksəlməsinə mühüm töhfələr verir.Gələcəkdə bu sahənin davamlı inkişafı iqtisadiyyatın güclənməsində, regionların inkişafında və ölkəmizin daha da qüdrətlənməsində mühüm rol oynayacaqdır.
Bünyad Süleymanlı
YAP Şərur rayon təşkilatının əməkdaşı