PDF Oxu

Siyasət

  • 538

Monteneqro Prezidenti Azərbaycana səfər edəcək

image

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Y. Milatoviç 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda qeyd edib.

SİTAT: "Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik", - Prezident bildirib.

Mətləb

Digər xəbərlər