Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın aqrar inkişaf siyasətinin hazırkı mərhələdə qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, mövcud imkanların dəyərləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi inkişaf strategiyasında xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, kənd təsərrüfatı ölkənin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olaraq iqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bu yanaşma təsadüfi deyil. Çünki son illərdə dünyada baş verən geosiyasi gərginliklər, logistika problemləri və qlobal bazarlardakı qiymət dəyişiklikləri bir daha sübut etdi ki, ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycanın aqrar sahədə özünü təminetmə səviyyəsini artırmaq istiqamətində atdığı addımlar da məhz bu strateji baxışdan qaynaqlanır.
Prezident İlham Əliyev müşavirədə vurğulayıb ki, regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları kənd təsərrüfatının inkişafı ilə parallel şəkildə social layihələrin həyata keçirilməsinədə geniş imkan yaradıb.Dövlət başçısı qeyd edib ki, son illərdə minlərlə kilometr avtomobil yolu çəkilib, kənd yolları yenidən qurulub, yeni su anbarları və suvarma kanalları istifadəyə verilib. Bu infrastruktur layihələri kənd təsərrüfatının inkişafını sürətləndirməklə yanaşı, insanların social rifahına da mühüm təsir göstərib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrində aqroparklar yaradılmışdır. Aqroparklar müasir texnologiyaların tətbiqi, innovativ üsullardan istifadə və yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada ən son texnika və avadanlıqlardan istifadə olunur ki, bu da məhsuldarlığın artırılmasına səbəb olur. Aqroparkların yaradılması kənd yerlərində yaşayan insanların məşğulluğunun təmin olunmasına və sosial rifahının yaxşılaşdırılmasına da mühüm töhfə verir.
Kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Hazırda Azərbaycan istehsalı olan meyvə-tərəvəz, pambıq, fındıq və digər kənd təsərrüfatı məhsulları xarici bazarlarda böyük maraqla qarşılanır. “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər yerli məhsulların dünya bazarına çıxışını asanlaşdırmışdır. Bu isə ölkəyə valyuta axınının artmasına və iqtisadiyyatın güclənməsinə səbəb olmuşdur.
Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayır. Həyata keçirilən islahatlar və dövlət proqramları nəticəsində aqrar sektor sürətlə inkişaf edir, fermerlərin rifahı yüksəlir və ölkənin ərzaq təhlükəsizliyi daha da möhkəmlənir. Gələcəkdə də bu siyasətin davam etdirilməsi Azərbaycanın kənd təsərrüfatı sahəsində daha böyük uğurlar qazanmasına şərait yaradacaqdır.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı