PDF Oxu

Siyasət

  • 990

Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün subsidiyaların verilməsi böyük əhəmiyyət daşıyır - ŞƏRH

image

Bildiyiniz kimi, ölkəmizdə Kənd təsərrüfatı insanların gündəlik həyatında vacib rol oynayan əsas sahələrdən biridir, çünki istifadə etdiyimiz qida məhsullarının böyük hissəsi məhz bu sahədə istehsal olunur. Ona görə də bu sahənin inkişafı həm kənddə yaşayan insanlar, həm də ümumilikdə ölkə üçün çox önəmlidir. Bu inkişafın daha yaxşı olması üçün subsidiyalar fermerlərə böyük dəstək olur. Dövlət tərəfindən verilən bu yardım onların xərclərini azaldır və işlərini daha rahat görməsinə kömək edir. Fermerlər bu dəstək sayəsində daha yaxşı şəraitdə işləyir və kənd təsərrüfatına daha çox diqqət ayırırlar. Cənab prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı müxtəlif illərdə mühüm sərəncam və tapşırıqlar verilmişdir .2016–2019-cu illərdə isə əsas diqqət subsidiyaların elektronlaşdırılması, şəffaflığın artırılması və aqrar sahədə islahatların dərinləşdirilməsinə yönəlmişdir.Cənab prezident İlham Əliyev-in dediyi kimi: “Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir.” Belə tapşırıqların əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın artırılması, ixracın genişləndirilməsi və kənd yerlərində məşğulluğun gücləndirilməsidir. Həmçinin suvarma sistemlərinin yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və torpaqlardan səmərəli istifadə də mühüm istiqamətlərdəndir.Təcrübələrdə göstərir ki,bəzi yerlərdə kənd təsərrüfatına daha çox ekoloji qaydalara və təbiətin qorunmasına görə dəstək verilir. Azərbaycanda isə əsas üstünlük birbaşa dövlət dəstəyi, subsidiyalar və istehsalın artırılması məqsədinə verilir. Nəticə olaraq demək olar ki, subsidiyalar kənd təsərrüfatının inkişafında çox vacib rol oynayır və bu sahənin daha güclü və məhsuldar olmasına şərait yaradaraq daxili və xarici bazarlarda ölkəmizin istehsal etdikləri məhsullar yüksək keyfiyyətlə satılır.Dövlətimizin Kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı iqtisadi inkişafımızın və xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Sunay Heydərova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər