Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Qobustan şəhər sakini, Mədəd Mədədovun 75 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir.
Görüşdə "Şəhər" ərazi partiya təşkilatının sədri (Rayon İcra Hakimiyyəti Başçısının Qobustan şəhəri üzrə nümayəndəliyinin baş məsləhətçisi-ev təsərrüfatlarının uçotu işlərinin aparıcısı) Səid Rəhimov və YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov və Həzərxan Nəbiyev iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Mədəd Mədədovla söhbətində qeyd etmişdir ki, yubilyar uzun illər Əmanət kassasında və Qaz İstismarı sahəsində mühüm vəzifələrində çalışmışdır.
Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda partiya veteranı Mədəd Mədədova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 75 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Mədəd Mədədov göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.