Son illər beynəlxalq enerji bazarlarında baş verənproseslər göstərdi ki, enerji təhlükəsizliyi məsələsi artıqmilli təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışındaneft və qaz sektoruna qarşı uzun müddət aparılantənqidlərin aktuallığını itirdiyini vurğulaması da məhz bureallıqla bağlıdır.Avropada enerji böhranı və qlobal təchizat zəncirindəyaşanan çətinliklər bir daha sübut etdi ki, ənənəvi enerjimənbələri yaxın onilliklər ərzində dünya iqtisadiyyatınınəsas dayaqlarından biri olaraq qalacaq.Böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Azərbaycanbeynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimimövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin evsahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyimövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrinibölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyidaha aydın görünür.Rəsmi Bakı bir tərəfdən neft və qaz ehtiyatlarındansəmərəli istifadə edir, digər tərəfdən isə bərpaolunanenerji sahəsinə böyük həcmdə investisiyalar yatırır. Bu yanaşma enerji keçidinin radikal deyil, mərhələli vəpraqmatik şəkildə həyata keçirilməsinin mümkünlüyününümayiş etdirir. Əslində, Azərbaycanın enerji siyasətihazırda bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunəkimi təqdim olunur.Ümumilikdə 46 ölkədən 276 şirkəti bir araya gətirən “BakıEnerji Həftəsi” Azərbaycanın enerji sektorunda qazandığıuğurların, təcrübənin, həmçinin bu sahəyə artanbeynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrinsayına görə sərgi tarixində rekord göstəricidir. Sərgiiştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faiziniisə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isəümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq ənənəvi keçirilən bu tədbir illər keçdikcəcoğrafiyasını daha da genişləndirir, hər dövrünçağırışlarının yüksək səviyyədə yerinə yetirilməsi üçüniştirakçı ölkələr, şirkətlər arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 1994-cü ildəkeçirilən ilk Xəzər Neft və Qaz Sərgisi tarixə “Əsrinmüqaviləsi” kimi yazılan sazişin imzalanmasında mühümdönüş nöqtəsi oldu.İlk sərgi Azərbaycanın enerji diplomatiyasında əhəmiyyətlirol oynadı. Bu gün “Bakı Enerji Həftəsi”nin özündəbirləşdirdiyi üç mötəbər tədbirin hər biri - 31-ci BeynəlxalqXəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” ölkəmizin enerji sektorundakeçdiyi inkişaf yolunu təqdim edir.Birmənalı şəkildə vurğuıanmalıdır ki, Azərbaycanındünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyitöhfələr davamlılığı ilə diqqətdədir.Dövlətimizin başçısı İlham Əliyev hər zaman çıxışlarındaAzərbaycanın enerji təcrübəsindən geniş bəhs edir və buçağırışı səsləndirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrinmilli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heçvaxt olmadığı qədər önəm daşıyır.Bircə faktı qeyd etmək kifayətdir ki, ötən tədbirdəAzərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyi qeydedilmişdi. Bu gün isə həmin rəqəm 16-ya çatıb. Onların10-u Avropa İttifaqına üzv ölkələrdir. Azərbaycanın təbiiqaz ixracı həm həcm, həm də coğrafiya baxımındangenişlənir. Prezident İlham Əliyev çıxışında bu məqamaxüsusi diqqət yönəldərək qeyd edib ki, ölkələrin sayı, əlbəttə, artacaq. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəqledilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız, görərsiniz ki, biz dünyada birinciyik. Qlobal enerjitəhlükəsizliyinə töhfəmiz artacaq.Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricəsərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəlinvestorları cəlb edirdik. İndi isə öz investisiyalarımızlaxaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR YaxınŞərqə, Afrikaya və Mərkəzi Asiyaya investisiya yatırır vəbu coğrafiya daha da genişlənəcək.Eyni zamanda, “SOCAR-ın müxtəlif regionlarda həyatakeçirdiyi layihələr Azərbaycanın iqtisadi təsir imkanlarınıngenişləndiyini göstərir və ölkənin beynəlxalq iqtisadimünasibətlər sistemində yeni mərhələyə keçdiyini nümayişetdirir. Qlobal enerji bazarında rəqabətin artdığı, yeni enerji marşrutlarının formalaşdığı bir dövrdə Azərbaycanıntəcrübəsi göstərir ki, təbii sərvətlər yalnız düzgün idarəolunduğu halda uzunmüddətli inkişaf mənbəyinə çevriləbilər. Bakı Enerji Həftəsində səsləndirilən mesajlar da məhz bu yanaşmanın gələcək illərdə davam etdiriləcəyinigöstərir.“Bakı Enerji Həftəsi” bu gün ənənəvi enerji sektoru iləyanaşı, yaşıl enerji, rəqəmsallaşma, süni intellekttexnologiyaları, logistika, sənaye və infrastruktursahələrində də mövcud imkanların təqdimatındaəhəmiyyətli rol oynayır.“Bakı Enerji Həftəsi” çərçivəsindəimzalanan sənədlər, keçirilən görüşlərdə aparılanmüzakirələr, müasir dövrün çağırışlarına uyğun olaraqsəylərin birləşdirilməsinə yönələn addımlar qarşıdakıdövrün aydın mənzərəsini yaradır. Çıxışlarda bir dahavurğulandı ki, Bakı enerji tərəfdaşlıqlarının gələcəyininmüzakirə olunduğu bir məkandır.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri