Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, sabit iqtisadiyyata malik və beynəlxalq əməkdaşlıq platformalarında mühüm rol oynayan dövlətlərindən biridir. Son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin formalaşdırılması və müasir infrastruktur layihələrinin icrası ölkəmizin iqtisadi qüdrətini daha da artırmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilmiş, dayanıqlı inkişaf modelini formalaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın enerji inkişafının 1994-cü ildə başladığını təsdiqləyərək qeyd etdi ki, “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu”. Həmin dövrün Azərbaycanının ağır sosial-iqtisadi böhranla üzləşdiyini vurğulayan dövlət başçısı bu sərginin başlanğıcını sadəcə bir təqvim hadisəsi kimi deyil, Azərbaycanın milli mövcudluq mübarizəsinin dönüş nöqtəsi kimi qiymətləndirərək, ölkəmizin təcrübəsinin “eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalı” olduğunu bildirdı.
Azərbaycan bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edir, digər tərəfdən isə bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yatırır. Bu yanaşma enerji keçidinin radikal deyil, mərhələli və praqmatik şəkildə həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirir. Əslində, Azərbaycanın enerji siyasəti hazırda bir çox inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi təqdim olunur.
Prezident İlham Əliyev enerji keçidi məsələsinə də toxunaraq ənənəvi enerji resursları ilə bərpaolunan enerji mənbələri arasında balansın qorunmasının vacibliyini qeyd etdi. O vurğuladı ki, dünya iqtisadiyyatı hələ uzun müddət neft və qaz resurslarına ehtiyac duyacaq, eyni zamanda yaşıl enerji layihələrinin inkişafı da prioritet istiqamətlərdən biridir. Azərbaycan bu sahədə praqmatik və uzaqgörən siyasət həyata keçirir. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə enerji siyasəti uğurla davam etdirilir. Neft və qaz layihələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilir. Ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır.
Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan enerji diplomatiyasını uğurla həyata keçirən, qlobal enerji təhlükəsizliyinə real töhfələr verən və gələcəyə hesablanmış strateji baxışa malik dövlətdir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənməyərək gələcəyə hesablanmış strateji siyasət həyata keçirir. Ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidinin fəal iştirakçısı kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünya birliyində öz mövqeyini möhkəmləndirməkdə davam edir.
Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi