Müasir qlobal iqtisadiyyatda enerji təhlükəsizliyinin dövlətlərin müstəqilliyinin və milli təhlükəsizliyinin ən vacib sütununa çevrildiyi bir dövrdə, Azərbaycan Respublikası qlobal arenada strateji güc mərkəzi kimi çıxış edir. Ölkəmiz nəinki öz daxili tələbatını tam təmin edir, həm də qlobal miqyasda enerji xəritəsini yenidən formalaşdırır. Hazırda ölkəmizin dinamik inkişaf edən ixrac potensialı sayəsində Azərbaycanın mavi yanacağı dünyanın 16 ölkəsinə çatdırılır ki, bu dövlətlərdən 10-u Avropa İttifaqının (Aİ) üzvüdür. Bu tarixi uğur onilliklər boyu xalqımızın rifahına xidmət edən, düşünülmüş və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın müasir enerji strategiyasının təməliÜmummilli Lider Heydər Əliyevin uzaqgörən geosiyasi və iqtisadi kursu ilə qoyulmuşdur. Müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran fundamental iqtisadi keçid və milli təhlükəsizlik məsələlərinin həll olunduğu bir dövrdə, Ulu Öndər respublikamızın tam müstəqil iqtisadiyyata keçidinin və milli dövlət quruculuğunun möhkəmləndirilməsinin məhz daxili karbohidrogen potensialının beynəlxalq müstəvidə səmərəli reallaşdırılmasından keçdiyini uzaqgörənliklə müəyyən etdi. 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" və ardınca1996-cı ilin iyununda imzalanmış tarixi "Şahdəniz" sazişimüasir Azərbaycanın inkişaf bünövrəsini qoydu. Ulu Öndər Heydər Əliyev Xəzər dənizinin potensialını xariciinvestorlar üçün tam şəffaf və təhlükəsiz qanunvericilikçərçivəsinə saldı. Bu strategiya ölkəyə investisiya axınınıtəmin etməklə yanaşı, gələcək müstəqil iqtisadiyyatın vəordu quruculuğunun maliyyə mənbəyinə çevrildi. Ulu Öndərin əsasını qoyduğu bu mütərəqqi kursPrezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə vədəyişən qlobal şəraitin tələblərinə uyğun olaraq yenimərhələyə yüksəldilmişdir. Dövlətimizin başçısı «neftkapitalını insan kapitalına çevirmək» strategiyasını elanedərək, resurslardan əldə olunan gəlirlərin sosialinfrastrukturun müasirləşdirilməsinə, təhsil, səhiyyə vəqeyri-neft sektorunun inkişafına yönəldilməsini təminetmişdir. Daxili iqtisadiyyatın şaxələndirilməsi ilə paralelolaraq, ölkəmizin beynəlxalq arenada iqtisadi və siyasiçəkisinin artırılması məqsədilə xarici enerji diplomatiyasıda yeni strateji layihələrlə zənginləşdirilmişdir. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal miqyaslı regional infrastruktur layihələrinin əsas təşəbbüskarı və icraçısı statusunu qazanmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə Xəzər və Aralıq dənizləri birləşdirilmiş, Bakı-Supsa boru xətti ilə Xəzər resursları Qara dəniz sahillərinə çatdırılmışdır. Nəhayət, uzunluğu 3500 kilometrolan nəhəng Cənub Qaz Dəhlizi, o cümlədən onun tərkibhissələri olan TANAP və TAP vasitəsilə Azərbaycan qazıbirbaşa Avropanın qəlbinə nəql olunmağa başlamışdır. Respublikamızın beynəlxalq tərəfdaşlar və regiondövlətləri ilə formalaşdırdığı çoxvektorlu və praqmatikəməkdaşlıq platforması nəticəsində hazırda Avropanınenerji təhlükəsizliyi sistemində Azərbaycanın roluəvəzedilməzdir. 2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində "BakıEnerji Həftəsi” çərçivəsində keçirilən 31-ci BeynəlxalqXəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq TəmizEnerji Sərgisi və 31-ci Bakı Enerji Forumunun rəsmi açılışmərasimi ölkəmizin qlobal statusunu növbəti dəfətəsdiqlədi. Mərasimdə çıxış edən Prezident İlham ƏliyevAzərbaycanın enerji sahəsində əldə etdiyi sonnailiyyətlərin rəsmi statistikasını dünya ictimaiyyətinətəqdim etdi: " Keçən il burada – “Bakı Enerji Həftəsi”ndəmən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrənəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərəbaxsanız görərsiniz ki, biz dünyada birinciyik."Azərbaycanın karbohidrogen resursları, xüsusilə təbiiqaz ehtiyatları ən azı daha 100 il həm ölkəmizin daxiliehtiyaclarını, həm də tərəfdaşlarımızın tələbatınıqarşılamağa qadirdir. Lakin rəsmi Bakı bununlakifayətlənmir. İxrac potensialının daha da artırılmasıməqsədilə yeni layihələrə start verilir. Azərbaycan həmçinin yaşıl enerji keçidində dəqabaqcıl mövqelərə sahibdir. İşğaldan azad edilmişQarabağ və Şərqi Zəngəzur alternativ enerji zonası elanedilmiş, burada qısa müddətdə 300 meqavatdan çox suelektrik stansiyası istismara verilmişdir. "Xəzər-Qaradəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsindəgələcəkdə daxili istehlakda qazı bərpaolunan enerji iləəvəz etməklə qənaət olunacaq milyardlarla kubmetr maviyanacağın da tamamilə ixraca yönəldilməsi planlaşdırılır. Otuz il əvvəl xarici investisiyaya ehtiyacı olan Azərbaycan, bu gün milli maraqlara əsaslanan müstəqil siyasətisayəsində SOCAR vasitəsilə Yaxın Şərq, Afrika vəMərkəzi Asiyaya irihəcmli investisiyalar yatıran qlobalaktora çevrilmişdir.Müəllifi Ulu Öndər Heydər Əliyev olan və Prezidentİlham Əliyev tərəfindən zəfərlə taclandırılan enerjistrategiyası həm ölkəmizin suverenliyinin, həm də tərəfdaşdövlətlərin sabitliyinin ən güclü təminatçısı olaraqqalmaqdadır.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov