PDF Oxu

Siyasət

  • 629

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında fəallarla görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Zabrat qəsəbəsi, “Əfqan Nəsirov küçəsi ” (71 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanı üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtələrindən biri olmuşdur. YAP qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini ətrafında birləşdirərək ölkədə siyasi sabitliyin təmin olunmasına və vətəndaş həmrəyliyinin güclənməsinə təsir göstərmişdir.
71 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sahil Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və ölkənin davamlı inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynayaraq müasir Azərbaycanın siyasi həyatında aparıcı mövqeyə yüksəlmişdir.

Daha sonra təşkilati məsələlərə baxılıb. Təşkilatın sədrliyinə Sahil Abbasovun, sədr müavinliyinə isə Turanə İmaməliyevanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Sahil Abbasov Cavanşir oğlu, sədr müavini isə İmaməliyeva Turanə Yusif qızı seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər