PDF Oxu

Siyasət

  • 534

Azərbaycanın qlobal enerji liderliyinin yeni mərhələsi - ŞƏRH

image

2026-cı il iyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edərək geniş məzmunlu çıxış edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” öz işinə başlayıb. Prezident çıxışında Azərbaycanın enerji siyasətinin uğurlarını, beynəlxalq əməkdaşlığın əhəmiyyətini və yaşıl enerji istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırıb.

Dövlət başçısı qeyd edib ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini təşkil edib. Bu təşəbbüs illər ərzində genişlənərək dünyanın aparıcı enerji platformalarından biri olan Bakı Enerji Həftəsinə çevrilib. Prezident vurğulayıb ki, 1996-cı ildə imzalanmış “Şahdəniz-1” müqaviləsi ölkənin qaz sənayesində yeni mərhələnin başlanğıcı olub və Azərbaycanı beynəlxalq enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirib.

Çıxış zamanı Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuz xüsusi qeyd olunub. Bildirilib ki, ölkəmiz uzun illərdir enerji resurslarının dünya bazarlarına təhlükəsiz və sabit şəkildə çatdırılmasını təmin edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri enerji layihələri Avropa və digər regionların enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbaycan qazı bir çox ölkələrin enerji balansında mühüm yer tutur və yeni əməkdaşlıq istiqamətləri formalaşır.

Prezident İlham Əliyev çıxışında enerji sektorunda baş verən qlobal dəyişikliklərə də toxunaraq, bərpaolunan enerji mənbələrinin inkişafının ölkənin strateji prioritetlərindən biri olduğunu bildirib. Azərbaycan həm ənənəvi enerji resursları sahəsində, həm də yaşıl enerji istiqamətində böyük potensiala malik ölkə kimi beynəlxalq investorlar üçün cəlbedici tərəfdaş olaraq qalır. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ölkənin enerji ixrac imkanlarını daha da genişləndirəcək.

Bakı Enerji Həftəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal enerji bazarında mühüm mövqeyə malikdir və beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə verir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin enerji siyasətinin uğurlarını, gələcək hədəflərini və dayanıqlı inkişaf strategiyasını əks etdirməklə Azərbaycanın enerji diplomatiyasının yeni nailiyyətlərə doğru inamla irəlilədiyini göstərdi.

Toğrul Rəhimli

YAP Sədərək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər