PDF Oxu

Siyasət

  • 448

15 İyun - Azərbaycanın taleyini dəyişən Zəfər tarixi - ŞƏRH

image

Dövlət başçısının sərəncamı ilə 2026-ci ilin ölkəmizdə “Memarlıq və Şəhərsalma İli” elan edilməsi çərçivəsində YAP Astara rayon təşkilatı şəhər İstiqlaliyyət küçəsi, 43 ünvanı üzrə (Astara Statistika İdarəsi) ərazi partiya təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun – Azərbaycanın taleyini dəyişən Zəfər tarixi” mövzusunda dəyirmi masa keçirilib.
YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasovun, aparat əməkdaşları və ƏPT üzrə partiya təşkilatının fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canından keçən Vətən övladların əziz xatirəsi sükutla anıblar.
Çıxışları zamanı Vüqar Abbasov, Astara rayon Statistika İdarəsinin müdiri Rəşad Cahangirov və partiya fəalı Şövqiyyə Məmmədova 1993-cü il iyunun 15-dən - Milli Qurtuluş Günündən başlayan və Azərbaycana tarixi uğurlar, dinamik inkişaf, şanlı Zəfər qazandıran şərəfli yola nəzər salaraq bildiriblər ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər