"Azərbaycan dövləti torpaqlarımızın işğal altında olduğu dövrdə də hər zaman bu məsələlərə öz töhfəsini verib, öz rolunu oynayıb və ölkəmizdə şəhid ailələrinə daim yüksək diqqət və qayğı göstərilib".Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu qayğı bütün sahələrdə özünü göstərib, şəhid ailələri isə hər zaman dövlətimizin dəstəyini öz üzərlərində hiss ediblər: "Bu gün də Azərbaycan dövləti bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir, mühüm addımlar atır. Bu addımların əsas məqsədi qeyd olunan sahəyə töhfə vermək, şəhid ailələrinin və digər həssas sosial qrupların rifahını daha da yaxşılaşdırmaqdır.Bu baxımdan, 3923 məcburi köçkün tələbənin təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də dövlətimizin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti bu prosesə öz töhfəsini verir və gələcəkdə də verməyə davam edəcəkdir.İndiyədək bu istiqamətdə çoxsaylı addımlar atılıb, növbəti belə qərarların qəbul olunması isə dövlətimizin, xüsusilə cənab Prezidentin şəhid ailələrinə, qazilərə və digər həssas təbəqələrə göstərdiyi yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu siyasət gələcəkdə də davam etdiriləcək və sosial müdafiənin gücləndirilməsinə xidmət edəcəkdir".
Müəllif: Günel Fərzəliyeva