Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib.SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.Ziyarət çərçivəsində həmçinin C.Hüseynzadə Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb.Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.