PDF Oxu

Siyasət

  • 1 056

“Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri”

image

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 04 iyun 2026-cı il tarixdə Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Milli Qurtuluş Günü” ilə əlaqədar fəa lqadınlarının iştirakı ilə “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli
siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermiş və bildirmişdir ki, düz 33 il bundan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. 1991-ci ildə elan olunmuş müstəqillik 15 iyun 1993-cü ildən Heydər Əliyevin hakimiyyətində Ali Sovetə sədr seçilməsi ilə reallaşdı. Bu gün Azərbaycanın Qurtuluşdan başlayan tərəqqi və inkişafı davam edir. Azərbaycan Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etmiş, qüdrətli bir dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 23 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi
nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı.
Seyfəddin Əliyev qeyd etdi ki, şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir.
Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva məruzə ilə çıxış edərək qeyd
etdi ki, tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu, sözün həqiqi mənasında,
ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Tədbir iştirakçılarından Məhbubə Şahbazova, Kəmalə İmanova, Tünzalə Qardaşova və başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.

Digər xəbərlər