Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Cəmcəmli kənd sakini Telnaz Abıyevanın 70 illik yubileyi münasibətilə onunla evində görüş keçirilmişdir.
Görüşdə "Cəmcəmli" ərazi partiya təşkilatının sədri (Rayon İcra Hakimiyyəti Başçısının Cəmcəmli İƏD üzrə nümayəndəsi ) Makif Əhmədov "Cəmcəmli" ƏPT-nın sədr müavini (Cəmcəmli tam orta məktəbinin direktoru) İntiqam Mürsəlov, vaxtilə yubilyarla eyni vaxtda həmin məktəbdə müəllim işləyən və bu gün də çalışan müəllimlərdən Məhəmməd Bayramov, Həmzə Eyubov, Savalan Nurməmmədov, yubilyarın həyat yoldaşı Ağasən Abıyev, oğlu İlkin və nəvəsi Sahil, eləcə də YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov və Həzərxan Nəbiyev iştirak etmişlər.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Telnaz Abıyeva ilə söhbətində
qeyd etmişdir ki, yubilyar uzun illər Cəmcəmli tam orta məktəbində ibtidai sinif müəllimi
və Cəmcəmli bələdiyyəsinin üzvü kimi mühüm vəzifələrində çalışmışdır.
Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.Sonra tədbir iştirakçıları yubilyarla bağlı xoş xatirələrini söyləmişlər.
Görüşün sonunda partiya veteranı Telnaz Abıyevaya rayon təşkilatının ictimai-siyasi
həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə
hədiyyəsi təqdim edilmişdir.
Telnaz Abıyeva göstərilən diqqət və qayğıya görə Prezident,Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya
təşəkkürünü bildirmiş,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni
Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Yubiliyarla xatirə şəkilləri çəkilmişdir.