PDF Oxu

Siyasət

  • 1 537

BDU və Qarabağ Dövlət Universitetində kriminalistikanın əsas fənn kimi keçirilməsi üzrə pilot layihə başlayıb

image

Baş Prokurorluq Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə həyata keçirir.SİA xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında "Baş Prokurorluq"un Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev deyib.Onun sözlərinə görə, bu gün xüsusilə aktual olan məsələlərdən biri kriminalistika sahəsidir:"Təhsil Nazirliyinin müraciəti əsasında Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə birlikdə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə üzərində iş aparılır və biz də bu istiqamətdə zəruri dəstəyi göstəririk. Lakin açıq etiraf etməliyik ki, bu gün prokurorluqda müstəntiq və prokuror vəzifələrində çalışan şəxslərin, eləcə də vəkillərin müəyyən hissəsinin kriminalistika sahəsində praktiki bilik və bacarıqları arzu olunan səviyyədə deyil. Halbuki müasir cinayət təqibi və ədalət mühakiməsi sistemində məhz bu sahədəki bacarıqlar xüsusi əhəmiyyət daşıyır".

Digər xəbərlər