Astara Pedaqoji Kollecində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzusunda tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə Kollecin Həmkarlar təşkilatının sədri, metodist, tarix müəllimi Elçin Mahmudov, “Tarix, coğrafiya və pedaqoji fənlər” FBK-nın müəllimləri Şükran Şabanov, Mətanət Ağazadə mövzu ilə bağlı çıxış ediblər. Natiqlər bildiriblər ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Daha sonra bu yolu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı əsasında “18 iyun- Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” kimi təsis edilib.
Natiqlər onu da vurğulayıb ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü “ olduğunu nəzərə alaraq, həmin əlamətdar günlə bağlı cari ilin 18 may - 18 iyun tarixlərində ölkədə “İnsan Hüquqları Aylığı” elan edilib. “İnsan Hüquqları Aylığı” çərçivəsində cəmiyyət də insan hüquqlarına dair məlumatları artırmaq və bu hüquqların müdafiəsi sahəsində fəaliyyəti təşviq etmək məqsədilə silsilə tədbirlər keçirilir. Nəticədə görülən işlər insan hüquqlarının təşviqinə və müdafiəsinə böyük töhfə verir, həmçinin hüquq pozuntularına qarşı cəmiyyətin həssaslığını artırır.
Sonda tədbir iştirakçılarını düşündürən suallara ətraflı cavab verilib, video-çarx nümayiş olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü