PDF Oxu

Siyasət

  • 1 241

YAP Samux rayon təşkilatında yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib

image

İyunun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Mövsümov İsrayıl İslam oğlunun 70 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb. O, partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini deyib.
Yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda yubilyar partiya dəyərlərinin təbliğində aktiv iştirakına görə rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyə təqdim olunub.

Digər xəbərlər