Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə rayonun ən möhtəşəm mədəniyyət ocağı sayılan Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Partiya, idarə və müəssisə əməkdaşları, həmçinin fəalları ekskursiya zamanı Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər və arxiv materialları ilə yaxından tanış olublar. Həmçinin Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin tərəqqisi istiqamətində gördüyü misilsiz xidmətlər barədə iştirakçılara ətraflı məlumat verən mərkəzin əməkdaşı bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan tarixində mühüm siyasi əhəmiyyətə malik olmaqla, dövlət müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi və davamlı inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ekskursiya iştirakçıları Ümummilli Liderin zəngin siyasi irsini bir daha yad edərək onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərini ehtiramla xatırlayıb, bu cür maarifləndirici tədbirlərin gənc nəslin və ictimaiyyətin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını deyiblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzv