PDF Oxu

Siyasət

  • 683

Ölümsüz həyat

image

Zəfər şəhidi Vüsal Quliyevin 41 yaşı tamam oldu
Şəhid kapitan Vüsal Tahir oğlu Quliyev 44 günlük haqq savaşımızda Vətən, xalq yolunda özünü fəda etdiyinə görə əbədi bir ömür qazanıb. Bu, Vətən sevdalısı indi təkcə doğulub boya-başa çatdığı cənub mirvarisi Lənkəranın deyil, bütün Azərbaycanın qürur yeridir. Qərinələr keçəcək, gələcək nəsillərə də onun keçdiyi şərəfli həyat yolu örnək olacaq. Necə deyərlər, şəhidlər heç vaxt ölmür, səmada parlaq günəşə çevrilib mənən milyonların könlünə köç edirlər.

Uşaqlıqdan Vətənə sevgi, düşmənə nifrət ruhunda böyüyən Vüsal Quliyev həyatını hərbiyə bağlayıb. Belə ki, orta təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb, Heydər Əliyev Ali Hərbi Məktəbinə daxil olub. 2007-ci ildə oranı leytenant kimi bitirib Gəncə, Ağstafa, Ağcabədi, Beyləqan, Goran və Tərtərdə yerləşən hərbi hissələrdə Vətənə oğulluq borcunu şərəflə, ləyaqətlə yerinə yetirib. Hərbin sirlərinə mükəmməl yiyələnib, hər an işğalçı düşməndən qisas alacağı günü gözləyib. 2020-ci ilin 27 sentyabrda arzuladığı məqam yetişib. Vüsal ilik gündən kapitan rütbəsində ön cəbhəyə yollanıb, Vətən torpaqlarının azadlığı naminə özünü odun-alovun içinə atıb. Tərtər rayonu, Suqovuşan kəndində gedən ağır müharibə meydanında düşmənə qarşı son nəfəsə qədər döyüşüb şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeninə, “İgidliyə görə” “Vətən uğrunda” və Füzulinin, Qubadlının azadlığına görə medallarına layiq görülüb. Otuz beş yaşında əbədiyyət adlı dünyasına qovuşan Vüsal xalqına iki qız, bir oğlan əmanət qoyub. Övladları da onun kimi Vətənpərvər böyüyürlər...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər