PDF Oxu

Siyasət

  • 1 252

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

image

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Kəpənəkçi kəndində seçicilərlə görüş keçirib.Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Daha sonra Kəpənəkçi kəndində qəzalı vəziyyətdə olan məktəb binasına baxış keçirilib.
Günün ikinci yarısında millət vəkili Asif Əsgərov Aşağı Tala kəndində Vətən uğrunda canından keçmiş şəhid Şabanov Şabanın ailəsini ziyarət edib onların qayğıları ilə maraqlanıb.
Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.
Sonda şəhid ailələri və seçicilər onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər