PDF Oxu

Siyasət

  • 1 135

"Ermənistanda seçkilər müxalifətin zəifləməsini göstərdi" - ŞƏRH EDİLDİ

image

"Ermənistanda keçirilən son seçkilərin nəticələri ilə bağlı əvvəlcədən irəli sürülən proqnozların böyük ölçüdə özünü doğrultduğunu söyləmək mümkündür. Çünki müxalifətin bu seçkilərdə Baş nazir Nikol Paşinyan üzərində qələbə qazanması real görünmürdü və açıqlanan nəticələr də onun yenidən seçkilərdə qalib olduğunu göstərdi".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.Onun sözlərinə görə, seçkilərin nəticələrində diqqət çəkən əsas məqamlardan biri Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın parlamentdə yenidən üstün mövqe əldə etməsidir: "Bu nəticə Paşinyan hökumətinin indiyədək həyata keçirdiyi siyasətin, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması, Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi, Avropa inteqrasiyası və Rusiyadan asılılığın azaldılması istiqamətindəki kursun davam etdiriləcəyini göstərir.Digər mühüm məqam ənənəvi müxalifətin zəifləməsidir. Xüsusilə keçmiş prezident Robert Koçaryan və onun tərəfdarlarının əvvəlki siyasi çəkisini qoruyub saxlaya bilməməsi Ermənistan siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Müxalifət düşərgəsində yeni simaların ön plana çıxması parlamentdə siyasi rəqabətin xarakterini dəyişdirə bilər.Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvənin güclü parlament dəstəyi əldə etməsi ona əvvəlki hökumət dövründə başladılmış, lakin tam başa çatdırılmamış islahatları və siyasi təşəbbüsləri davam etdirmək üçün əlavə imkanlar yaradır. Bu, həm daxili siyasətdə, həm də xarici siyasətdə yeni qərarların qəbulunu asanlaşdıra bilər.Regional proseslər baxımından seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursunda ciddi dəyişikliklərin olmayacağını göstərir. Azərbaycanla sülh gündəliyinin davam etdirilməsi, Türkiyə ilə münasibətlərin normallaşdırılması və Avropa ilə inteqrasiya istiqamətində atılan addımların növbəti dövrdə də davam etməsi ehtimalı yüksəkdir.Eyni zamanda, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi inteqrasiya strukturları ilə münasibətlərində müəyyən məsafələşmə tendensiyasının davam edəcəyi gözlənilir. Bununla yanaşı, regionda geosiyasi balansın həssas xarakter daşıdığını nəzərə alaraq, yaxın dövrdə baş verəcək proseslərin diqqətlə izlənilməsi vacibdir.Ümumilikdə, seçkilərin nəticələri Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin mövcud siyasi kursun davam etdirilməsinə üstünlük verdiyini göstərir və bu, ölkənin daxili və xarici siyasətində müəyyən sabitliyin qorunmasına şərait yarada bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər